ABŞ-ın dövlət katibi Gürcüstana səfər edəcək

Noy11,2020
ABŞ-ın dövlət katibi Gürcüstana səfər edəcək

ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana ikigünlük səfər edəcək.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Dövlət katibi səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Qaxariya, prezidenti Salome Zurabişvili, xarici işlər naziri David Zalkaliani və patriarx II İlya ilə görüşəcək.

Görüşlərdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq və müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Səfər zamanı tərəflər Gürcüstan və bölgədə təhlükəsizlik, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə ölkələr arasında əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.

Oxşar Xəbərlər