Türkiyə və Rusiya Müdafiə nazirləri Qarabağı müzakirə ediblər

Noy11,2020
Türkiyə və Rusiya Müdafiə nazirləri Qarabağı müzakirə ediblər

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya və Türkiyənin Müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib və Suriyadakı vəziyyətin sabitləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Oxşar Xəbərlər