ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb

May6,2024

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə səfirliyin “X”dəki hesabında paylaşım edilib.“Səfir Libbi Şuşada şəhərin inkişafı istiqamətində görülən işlər və onun məcburi köçkünlərinin qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar həmçinin regionun “yaşıl enerji”sini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, – paylaşımda qeyd edilib.

Oxşar Xəbərlər