Kamilla Vaaden: Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək

May4,2024

Minatəmizləmə prosesini müşahidə etmək minalarla çirklənmənin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıdan mülki əhalinin həyatı üçün nə qədər təhlükəli olduğunu anlamağa imkan verdi.

QİA.az xəbər verir ki, bu barədə norveçli səyahətçi Kamilla Vaaden məlumat verib.“Yaxşı ki, ANAMA minalardan təmizlədikləri ərazini iki, üç dəfə yoxlayır, çünki insanların həyatı bundan asılıdır. Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək”, – o bildirib.K.Vaaden Qarabağa və Şərqi Zəngəzura səfərindən çox zövq aldığını da qeyd edib: “Bu yerlərin böyük turizm potensialı var”.

Qeyd edək ki, daha əvvəl norveçli beynəlxalq səyahətçilər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Oxşar Xəbərlər