ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək

May23,2024

“Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci Milli Paralimpiya Komitəsində təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, son iki ildə həm amerikalı, həm də azərbaycanlı güləşçilərin iştirakı ilə bir sıra layihələr reallaşıb: “Güləş insanları bir araya gətirən vasitələrdən biridir. Sevindirici hal odur ki, idman diplomatları qadın güləşçilərin sayının artmasına və inkişafına dəstək verir”.

Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.

Oxşar Xəbərlər