Azərbaycanın qadın güləşçiləri Bakıdakı Avropa çempionatının finalına vəsiqə qazanıblar – FOTO

May23,2024

Azərbaycanın iki qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

Onlar yarımfinalda, müvafiq olaraq, litvalı Laura Stanelite və ukraynalı Solomiya Vinnikə qalib gəliblər.

Bu gün, həmçinin Ruzanna Məmmədova (59 kiloqram) bürünc medal qarşılaşmasına çıxacaq. Onun rəqibi rumıniyalı Ana Maria Puiu olacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.

Oxşar Xəbərlər