ABŞ-ın Oklahoma ştatında polis Amerika prezidenti Cozef Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürmək təhdidində ittiham olunan 58 yaşlı Con Arensi həbs edib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Amerika Ədliyyə Nazirliyinə istinadən “Associated Press” xəbər verir.
Nazirliyin məlumatına görə, amerikalı iki ay ərzində yerli telekanal KOTV-yə (Newson6) mesajlar göndərərək, pul verilməyəcəyi təqdirdə siyasətçiləri öldürməklə hədələyib.