ABŞ “Taliban”la hər gün danışıqlar aparır

Avq23,2021

Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı “Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

QİA.AZ xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, – o deyib.

O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.

Oxşar Xəbərlər