Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

Avq23,2021

Fransanın şimalında Bondyu aerodromu yaxınlığında təyyarə qəzası nəticəsində ən az iki nəfər həlak olub.

QİA.AZ-ın məlumatına görə, bu barədə BFMTV yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, yerə çırpıldıqdan sonra təyyarə yanğmağa başlayıb. İlkin məlumatlara görə, təyyarədə təlimçi-pilot və tələbə olub.

Hadisə yerinə 37 yanğınsöndürmə briqadası göndərilib.

Oxşar Xəbərlər