ABŞ və NATO qoşunlarını Əfqanıstandan vaxtından əvvəl çıxarmağa başlayıb

Apr25,2021

ABŞ və NATO qoşunların Əfqanıstandakı bir sıra bazalardan çıxarılmasına başlayıb.

“QİA.az” xəbər verir ki, bu barədə Kabildə keçirilən konfransın gedişatında ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Skott Miller bildirib.

“Biz hərbçilərin bir sıra bazalardan çıxarılmasını həyata keçirməyə başladıq”, – o deyib.

Bundan başqa, Miller əlavə edib ki, hərbçilər bütün bazalarını Əfqanıstanın hərbi qüvvələrinə verəcəklər.

ABŞ administrasiyası daha əvvəl elan edib ki, Əfqanıstandan qoşunların çıxarılması mayın 1-də başlayacaq və 11 sentyabra qədər yekunlaşacaq. Bildirilib ki, qoşunların çıxarılması prosesi müttəfiqlərlə tam koordinasiyalı formada gedəcək.

Oxşar Xəbərlər