Somali paytaxtının bir neçə rayonu üsyançılar tərəfindən tutulub

Apr25,2021

Somali Milli Ordusunun müxalifətlə əlaqəli qüvvələri ölkənin paytaxtı Moqadişonun şimalında bir neçə əsas rayonu nəzarət altına alıb.

“QİA.az” xəbər verir ki, bu barədə “Somali Guardian” portalı bildirib.

Portalın məlumatına görə, hərbçilər loyal hökumət qüvvələri tərəfindən hər hansı müqavimətlə qarşılaşmayaraq, Yakşid, Karan və Xeliva rayonlarını tutublar.

Öz növbəsində “Garowe Online” portalı da bildirib ki, qiyamçılar Kəşfiyyat və Təhlükəsizlik Milli Agentliyinin qərargahının yerləşdiyi Sanın rayonunu nəzarət altına alıblar. Portalın məlumatına görə, şəhərin küçələrində yüzlərlə insan prezidentin səlahiyyət müddətinin uzadılmasına qarşı çıxaraq, qarışıqlıqlarda iştirak edirlər.

Oxşar Xəbərlər