“Polilklinikalarda çalışan orta tibb işçisinin sabit əlavələri 80 manat, kiçik tibb işçisi üçün isə 40 manat məbləğində olacaq”.
“QİA.az” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
O qeyd edib ki, poliklinikalarda çalışan həkimlər (cərrah, terapevt və s.) bonus alacaq: “Çünki onlar əhaliyə birbaşa xidmət göstərir və buna uyğun olaraq da bonus alacaqlar. Əgər hər hansı poliklinikada Ailə Sağlamlıq Mərkəzi (ASM) formalaşacaqsa, o zaman orada çalışanlar da əlavələr alacaqlar. ASM-də rəhbər vəzifədə işləyən həkimlər 480 manat məbləğində əlavə alırlar”.