Ağsu şəhərində yeniyetmə və gənclər Azərbaycan Ordusunun Qarabağ müharibəsində əldə etdiyi qələbə, habelə Bayraq Günü münasibətilə yürüş keçiriblər.
QİA.AZ bildirib ki, ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhərin qərb hissəsindən, Ağsu-Kürdəmir yolunun girişindən başlayaraq, avtomobillər, ardınca isə piyadalar bayraq yürüşünə çıxıb.
Polisin müşayiəti ilə keçirilən yürüş şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib. Sakinlər küçəboyu “Qarabağ Azərbaycandır!”, “Ali Baş Komandana eşq olsun!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirib.
Gənclər Dövlət Bayrağı Günü və Qarabağ zəfəri münasibətilə bir-birlərini təbrik edərək, Böyük Qələbə Gününü səbirsizliklə gözlədiklərini bildiriblər.