Ahıska türkləri Şuşanı ziyarət edib

Sen30,2021

Azərbaycanda səfərdə olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Şuşa şəhərini ziyarət edib.

Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, təşkilatın sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə yaxından tanış olublar.

Qonaqlar şəhərin xarabaya çevrilmiş məhəllələri ilə yaxından tanış olub, erməni vandalizmini öz gözləri ilə görüblər.

Səfər çərçivəsində Vaqifin məqbərəsi, Aşağı Gövhər ağa məscidi, Şuşa qalası da ziyarət olunub. Ahıska türklərindən ibarət nümayəndə heyəti Cıdır düzünə də baş çəkib, məsciddə namaz qılınıb, dualar oxunub.

Oxşar Xəbərlər