Almaniya portal rəhbərinin edamını pislədi

Dek13,2020

Almaniya hökuməti bu gün İranda “Amad News” xəbər portalının rəhbəri Ruhullah Zamın edam edilməsindən dəhşətə gəlib.

“QİA.AZ” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda, Almaniya hökumətinin edam cəzası ilə bağlı mövqeyinin dəyişməz qaldığı vurğulanır:

“Bu, bütün hallarda qəddar və qeyri-insani cəza növüdür. İranı, vətəndaşlarının ifadə azadlığı hüququna hörmət etməyə, yeni ölüm hökmləri çıxarmamağa və ya icra etməməyə çağırırıq”.

Qeyd edək ki, bu gün səhər (12 dekabr – Red) “Amad News” xəbər portalının rəhbəri Ruhullah Zam asılaraq edam edilib. Onun xarici kəşfiyyat xidmətləri orqanlarından kömək aldığı iddia edilirdi.

Oxşar Xəbərlər