Britaniya vətəndaşlarına siçanlarla bağlı xəbərdarlıq

Dek13,2020

Böyük Britaniyada koronavirus epidemiyasının qarşısını almaq məqsədilə tətbiq edilən lokdauna görə pub və restoranların bağlanması milyonlarla ac siçovulun insanların evlərinə girməsinə səbəb ola bilər.

Bu barədə “QİA.AZ” “Mirror”a istinadən xəbər verir.

Qeyd olunub ki, qarşıdan gələn soyuq gəmiricilər üçün sığınacaq və yemək axtarmağa da səbəb olacaq.

Həşəratlarla Mübarizə Assosiyasının mütəxəssisi Natali Banqey bildirib ki, siçovullar və siçanlar qış yuxusuna getmir:

“Bu gəmiricilər asanlıqla mühitə uyğunlaşır və qışlama üçün isti bir yer tapmaq şansını əldən vermir. Əsas narahatlıq siçovulların Veyl və digər xəstəlikləri yaya biləcəyidir”.

Oxşar Xəbərlər