Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“QİA.az” xəbər verir ki, diplomat təbrik mesajını tvitter səhifəsində yerləşdirib.
“Bütün azərbaycanlıların Respublika Gününü təbrik edirəm!”
Səfir tvitində həmçinin Almaniya prezidenti Frank-Valter Ştaynmayerin mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik paylaşıb.