Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətəbaşlayıb

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsindən QİA.AZ-a verilən məlumata görə, Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı – “Varlıq” Fondu fəaliyyətə başlayıb.”Varlıq” Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki,yanvarın 10-da Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan qurumuntəsis yığıncağı baş tutub. Toplantı Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəliksükutla yad edilməsi ilə başlayıb.Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq kimibirləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə fədakar fəaliyyətgöstərdikləri müsbət qiymətləndirilib. Qeyd edilib ki, “Varlıq” Fondu həmrəylik,yardımlaşmapaylaşma ənənələrinə sadiq qalaraq, yaxın gələcəkdə Avropa Biriliyiərazisində yaşayan soydaşlarımızı və ürəyi Azərbaycanla döyünən hər kəsi bir arayagətirən körpü rolunu oynayacaq. Fond şəhid və qazi ailələrinə yardımın təşkili ilə yanaşıAzərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılmasına, eləcə də elmin vətəhsilin inkişafına dəstək göstərmək niyyətindədir.Səsvermə nəticəsində Dr. Qurban Ələkbərov Fondun sədri, Nurlan Məmmədov və Cavidan Kərimli isə sədr müavinləri seçiliblər.

Oxşar Xəbərlər