Dövlət Gömrük Komitəsinin sədri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb

Yan14,2021
Dövlət Gömrük Komitəsinin sədri Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general polkovniki Səfər Mehdiyev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşüb.Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Əlcəzair ilə Azərbaycanarasındakı münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsininvacibliyini vurğulayıb.   Səfər Mehdiyev Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü və Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindənbəhs edərək Azərbaycan ordusunun 30 ilə yaxın işğalda qalan əraziləri 44 gün ərzindəazad etdiyini bildirib.Komitə sədri onu da vurğulayıb ki, tezliklə işğal   altındakıərazilərin bərpasına başlanacaq və bu da regionun iqtisadi baxımdan inkişafı, bölgədəsabitliyin tam təmin olunması üçün əlverişli imkanlar yaradacaq. Səfər Mehdiyev son illər gömrük sitemində həyata keçirilən islahatlar barədə məluma verərək diqqətə çatdırıb ki,əməkdaşların potensialının gücləndirilməsi,informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin həyata keçirilməsi fiskal sahə ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə,şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması,sərhədkeşmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb.Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətlisəfiri xanım Salima Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdənməmnunluqla bəhs edib.    Səfir Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütünsahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrükişinin inkişafına töhfə verəcəyini bildirib.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra   məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Oxşar Xəbərlər