Almaniyada silahlı hücum olub, xəsarət alanlar var

Noy20,2020
Almaniyada silahlı hücum olub, xəsarət alanlar var

Almaniyanın Oberhauzen (Şimali Reyn-Vestfaliya federal ərazisi-red) şəhərində soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə “QİA.AZ” “Westdeutsche Allgemeine Zeitung” qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-red) olub. Məlumata görə, insanlara hücum etmiş şəxs saxlanılıb. O, yaxalanma zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, hazırda intensiv terapiya bölməsindədir. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

Məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Hücumun başvermə şəraiti açıqlanmır. Şəhər polisi araşdırma aparılması üçün Essen şəhərindən əlavə qüvvələr istəyib.

Oxşar Xəbərlər