Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Noy20,2020
Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Misir Ərəb Respublikasında ağır yol qəzası baş verib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Qahirə yaxınlığında qeydə alınıb. Əl-Miyna əyalətindəki magistral yolda sərnişin mikroavtobusu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində azı 12 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım maşınları cəlb edilib. Qəzanın başvermə səbəbi araşdırılır.

Oxşar Xəbərlər