Altı ayda 6 milyard dollarlıq neft ixraca göndərilib

Avq26,2021

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-iyun aylarında ölkədən 14 milyon 47 min ton xam neft ixrac edilib.

QİA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Göndərilən neftin dəyəri isə 6 milyard 326,6 milyon ABŞ dolları olub.

Oxşar Xəbərlər