Saatlıda karantini pozan yas mərasimi aşkarlanıb

Avq26,2021

Saatlı rayonunda karantin qaydalarının pozulduğu yas mərasimi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd kənd Vasif Seyfullayevin fərdi yaşayış evinin həyətində yas mərasimi aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibi ilə izahedici söhbətlər aparılıb və həmin şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.

Oxşar Xəbərlər