“Anadolu” agentliyinin direktoru dəyişib

Apr7,2021 #Anadolu Agentliyi

Türkiyənin “Anadolu” agentliyinin İdarə Heyəti və baş direktoru Şenol Kazancını Sərdar Karagöz əvəz edib.

“QİA.az” “Anadolu”ya istinadən xəbər verir ki, agentliyin İdarə Heyətinə Sərdar Karagöz, Yusuf Özkır, Həsən Nuri Yaşar, İsmayıl Çağlar və Buşra Karaduman seçilib.

Şenol Kazançı agentlikdə 6 il fəaliyyət göstərdiyini və bu müddət ərzində onu dəstəklədiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər