Paşinyan Rusiyada səfərdədir

Apr7,2021

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

“QİA.az” xəbər verir ki, bunu hökumət başçısının mətbuat katibi Mane Gevorkyan bildirib.

N.Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüşdə iki ölkə arasındakı əlaqələr, o cümlədən Qarabağ ətrafındakı vəziyyət müzakirə olunacaq.

QİA.az

Oxşar Xəbərlər