FutbolGündəm

AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək

Movavi

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

“QİA.az”ın məlumatına görə, qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki “Milli Arena”da, ikinci oyun isə Amsterdamdakı “Yohan Kroyf Arena”da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək.

Avropa çempionatı

C qrupu, I tur

20:00. Avstriya – Şimali Makedoniya

23:00. Niderland – Ukrayna

D qrupu

17:00. İngiltərə – Xorvatiya

Qeyd edək ki, A qrupunun İsveçrə – Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button