AVRO-2020: Könüllülərin qeydiyyat mərhələsinin baş çatmasına 10 gün qalıb

Yan6,2021
AVRO-2020: Könüllülərin qeydiyyat mərhələsinin baş çatmasına 10 gün qalıb

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı üçün Könüllülər Proqramının qeydiyyat mərhələsi davam edir.

“QİA.AZ”ın məlumatına görə, yaşı 18-ə çatmış və daha öncə AVRO-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat https://euro2020.affa.az/az/volunteers/ linki vasitəsilə aparılır.

Qeyd edək ki, qeydiyyar mərhələsi yanvarın 15-i saat 23:59-da başa çatacaq. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar Xəbərlər