“Real Madrid”in oyunu təxirə salına bilər

Yan6,2021
"Real Madrid"in oyunu təxirə salına bilər

La Liqanın növbəti turunda keçirilməsi planlaşdırılan “Osasuna” – “Real Madrid” matçı təxirə salına bilər.

“QİA.AZ” AS nəşrinə istinadən xəbər verir ki, hazırda İspaniyanın bir çox şəhərində qar yağması səbəbindən oyunların yarımçıq dayandırılma ehtimalı var.

“Osasuna” Madrid təmsilçisi ilə görüşdən əvvəl hazırlığı ləğv edib. Matçın keçiriləcəyi gün – yanvarın 9-da güclü qar yağacağı gözlənilir.

Qeyd edək ki, Pamplona şəhərində keçiriləcək “Osasuna” – “Real Madrid” oyunu Bakı vaxtı ilə saat 24:00-da başlamalıdır.

Oxşar Xəbərlər