AVRO-2020: Qol sayında yeni rekord qeydə alınıb

Futbol üzrə Avropa çempionatında qol sayında yeni rekord qeydə alınıb.

“QİA.az”ın məlumatına görə, Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin 1/8 final mərhələsində İspaniyanın qapısına endirdiyi dəqiq zərbə turnirdə 109-cu olub. Bu, 85-ci dəqiqədə Xorvatiya 1:3 hesabı ilə geridə ikən baş verib. Beləliklə, AVRO-2016-dakı 108 qolluq rekord yenilənib. Qarşılaşmanın əlavə vaxtında İspaniya 5:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, AVRO-2020-də indiyədək 118 qol qeydə alınıb. Çempionat 24 komandanın iştirakı ilə keçirilir. Final oyunu iyulun 11-də olacaq.

Oxşar Xəbərlər