Futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan son 3 ölkənin adı müəyyənləşib.
“QİA.AZ”ın məlumatına görə, bunlar Macarıstan, Slovakiya və Şotlandiyadır. Macarıstan İslandiyanı uzatma dəqiqələrində, Slovakiya Şimali İrlandiyanı əlavə vaxtda üstələyib. Şotlandiya isə Serbiya ilə qarşılaşmanın əsas vaxtını 1:1 hesablı heç-heçə ilə tamamlasa da, penaltilər seriyasında üstün olub – 5:4.
Qeyd edək ki, daha əvvəl Şimali Makedoniya Gürcütanı 1:0 hesabı ilə yenərək, tarixində ilk dəfə adını Avropa çempionatının iştirakçıları siyahısına yazdırıb.
12 noyabr
AVRO-2020
Pley-off, final
A yolu
23:45. Macarıstan – İslandiya – 2:1
Qollar: Loik Neqo, 88. Dominik Şoboşlai, 90+2 – Gilfi Siqurdsson, 11
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya – 1:2 (ƏLAVƏ VAXT – 0:1)
Qollar: Milan Şkrinyar, 88 (öz qapısına) – Yuray Kutska, 17. Mixal Düriş, 110
C yolu
23:45. Serbiya – Şotlandiya – 1:1 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 4:5)
Qollar: Luka Yoviç, 90 – Rayan Kristi, 52
D yolu
21:00. Gürcüstan – Şimali Makedoniya – 0:1
Qol: Qoran Pandev, 56
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.