AVRO-2020:Cristiano Ronaldo ən yaxşıdır

İyl6,2021

UEFA hazırda davam edən Avropa çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

QİA.AZın məlumatına görə, siyahı tərtib edilərkən oyunçuların meydandakı müxtəlif hərəkətləri nəzərə alınıb.

İlk pillədə mübarizəni 1/8 finalda dayandıran Portuqaliya millisinin kapitanı Cristiano Ronaldu yer alıb. İkinci sırada Çexiya yığmasının hücumçusu Patrik Şik qərarlaşıb. İlk “üçlüy”ü isə Danimarka seçməsindən Yoakim Mexle tamamlayır.

Qeyd edək ki, bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə İtaliya və İspaniya, sabah isə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcəklər.

Oxşar Xəbərlər