De Byazinin köməkçisi: “Futbolçuların oruc tutmağı əlavə problem yaradır”

İyl6,2021

“Yığmada gördüyümüz əsas iş yerli mentaliteti qorumaqla məşqçi zehniyyətini buraya gətirməkdir”.

QİA.AZın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya ölkəsinin mətbuatına açıqlamasında deyib.

Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, ölkə futbolunu inkişaf etdirmək istəyirlər: “Amma ortaya müəyyən çətinliklər çıxır. “Azərbaycan müsəlman ölkəsi olduğundan futbolçular Ramazan ayında oruc tuturlar. Bu isə əlavə problem yaradır. Düzdür, klublar özləri vəziyyətə nəzarət edirlər. Amma biz də bəzi məqamları diqqətdə saxlamalıyıq. Məsələn, gün batanadək su içmirlər. Bu isə risk deməkdir”.

Oxşar Xəbərlər