Bu gün Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
QİA.az xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq.
Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.