İdman

Avropa çempionatında iştirak edəcək gimnastlarımız bilindi

Movavi

Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətindən QİA.AZ -a verilən məlumata görə, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 – 13 iyunda təşkil olunacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button