Avropa İttifaqı Şurası (European Council) əlverişli epidemioloji vəziyyətə görə vətəndaşlarının Aİ üzv ölkələrinə girişinə icazə verilən ölkələr siyahısına dəyişiklik edib.
“QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tailand, Yaponiya, Cənubi Koreya, Ruanda ilə yanaşı, “Çinin xüsusi inzibati bölgələri olan Honkonq ilə Makao üçün də gediş-gəliş məhdudiyyəti”nin tədricən ləğv olunması nəzərdə tutulur.
Eyni zamanda, koronavirusla bağlı vəziyyətin kəskinləşdiyi Uruqvay siyahıdan çıxarılıb.
Dekabrın 17-nə olan vəziyyətə görə, Avropa ölkələrində pandemiya dövründə koronavirusa 22,9 milyon yoluxma halı, o cümlədən 506 mindən çox ölüm faktı qeydə alınıb. Son həftə ərzində 1,7 milyondan çox insan xəstələnib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu region əhalisini yeni yoluxma hallarını azaltmaq naminə Yeni İl və Milad bayramlarını açıq havada qeyd etməyə çağırıb.