Avropanın bəzi assosiasiyaları FIFA-dan ayrılmağı planlaşdırır

Avropanın bəzi milli assosiasiyaları FIFA-ya üzvlükdən çıxmağı planlaşdırır.

QİA.AZ” “Associated Press”ə istinadən xəbər verir ki, 12-dən çox qurum dünya çempionatının iki ildən bir keçirilməsi təklifinə etiraz olaraq bu addımı atmağa hazırlaşır.

Həmin assosiasiyalar artıq məsələ ilə bağlı UEFA-ya məlumat verib. Ali futbol qurumunun nizamnaməsinə əsasən, hansısa yerli federasiya təqvim ilinin bitməsinə altı ay qalmış xəbərdarlıq edərək FIFA-dan ayrıla bilər.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino mundialla bağlı yekun qərarın ilin sonunda açıqlanacağını söyləyib. Daha əvvəl UEFA bu təşəbbüsü tənqid edib.

Xatırladaq ki, növbəti dünya çempionatı 2022-ci il 21 noyabr – 18 dekabrda Qətərdə keçiriləcək.

Oxşar Xəbərlər