Avstriyada 4,7 bal gücündə zəlzələ baş verib

Avstriyanın Noynkirxen şəhəri yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Avstriyanın meteorologiya və geodinamika üzrə mərkəzi xidməti xəbər yayıb.

Bildirilir ki, yeraltı təkanlar ölkənin paytaxtı Venada hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Oxşar Xəbərlər