“Ayaks”ın əsas qapıçısı dopinqə görə 1 illik cəza aldı

"Ayaks"ın əsas qapıçısı dopinqə görə 1 illik cəza aldı

Niderlandın “Ayaks” klubunun əsas qapıçısı Andre Onanaya 12 aylıq cəza verilib.

“QİA.AZ” Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı kamerunlu qapıçı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılb.

Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir və həm milli, həm də klub yarışları üçün keçərlidir.

Qeyd edək ki, Andre Onana 2016-cı ildən “Ayaks”da çıxış edir.

Oxşar Xəbərlər