İqtisadiyyat

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 7,5 faiz artıb.

Qeyd olunan müddət ərzində ümumilikdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 633,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16,3 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6 faiz, neft koksunun istehsalı 33,7 faiz, dizel yanacağının istehsalı 21,8 faiz, neft bitumunun istehsalı 0,6 faiz artıb, yanacaq mazutunun istehsalı isə 27,4 faiz azalıb.

Əlaqəli xəbər

Back to top button