Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində iki bürünc medal qazanıb.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, o, təknəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bütün yaş kateqoriyaları üzrə təşkil olunan yarışda Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.

Oxşar Xəbərlər