Azərbaycan bayrağı Tbilisidəki monitorlarda nümayiş etdirilir

Noy9,2020
Azərbaycan bayrağı Tbilisidəki monitorlarda nümayiş etdirilir

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrində olan reklam monitorlarında Azərbaycan bayrağı nümayiş etdirilir.

Şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi yerində qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.

“QIA.AZ” xəbər verir ki, aksiya 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ölkənin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.

Oxşar Xəbərlər