İŞİD silahlıları Bağdadda on bir nəfəri öldürüblər

Noy9,2020
İŞİD silahlıları Bağdadda on bir nəfəri öldürüblər

İŞİD terror qruplaşması silahlılarının İraqın paytaxtı Bağdad yaxınlığında hücumu nəticəsində on bir nəfər həlak olub, daha səkkiz insan xəsarət alıb.

“QIA.AZ” xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “France Presse” agentliyi bildirib.

“İŞİD silahlıları müşahidə məntəqəsinə hücum ediblər, Haşd etnik qrupunun beş üzvünü və onlara köməyə gəlmiş altı yerli sakini öldürüblər”, – mənbə agentliyə bildirib.

Qeyd edilir ki, hücüma məruz qalmış hərbi məntəqə İraq paytaxtının aeroportu ərazisindədir. Terrorçular ətrafdakılara qumbaralar atıblar, sonra atıcı silahlardan atəş açıblar.

Hücumun digər təfərrüatları açıqlanmır, öldürülmüş silahlıların sayı barədə məlumat verilmir.

Oxşar Xəbərlər