Çalışacağam ki, dünya çempionatında qızıl medal qazanım.
QİA.az xəbər verir ki, bu sözləri Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında gümüş medal qazanan Balabəy Ağayev (60 kq) deyib.
Federasiyanın mətbuat xidmətinə danışan idmançı yarışa yaxşı hazırlaşdığını bildirib: “Hədəfim fəxri kürsünün ən yüksək pilləsində yer almaq idi. Lakin gümüş medalla kifayətləndim, buna da şükürlər olsun. Qarşıda bizi dünya çempionatı gözləyir. Qitəmiqyaslı turnirlərdə zəif idmançılar olmur. Bakıya qayıdıb mundiala hazırlaşacağıq”.
Qeyd edək ki, Balabəy Ağayev Avropa çempionatının finalında Fransisko Qarriqosa (İspaniya) uduzub.