Azərbaycan Diasporuna Dəstək Fondu əməkdaşlarının Gürcüstanda fəaliyyət göstərən media qurumları ilə görüşü keçirilib

İyn30,2021

21-25 iyun 2021-ci il tarixdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalovun rəhbərliyi ilə Fondun əməkdaşlarından ibarət nümayəndə heyətinin Gürcüstana səfəri baş tutub.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfər çərçivəsində Fonda müraciət ünvanlayan bir sıra layihə rəhbərləri ilə görüşlər təşkil edilib, gələcək əməkdaşlğa dair perspektivlər müzakirə olunub..
22 iyun 2021-ci il tarixində interpress.ge xəbər portalının rəhbəri Nahid Kurbanov və aktual.ge media qurumunun rəhbəri İlkin Hüseynov ilə media qurumlarının ofislərində görüş keçirilib. Layihə rəhbərləri ilə baş tutan görüşdə hər iki layihənin nəticələri, gələcək fəaliyyətləri müzakirə edilib. Layihələrin icra vəziyyəti monitorinq edilib.
Qeyd edək ki, “Kvemo Kartlidə yerli media və jurnalistikanın inkişafına dəstək” və “Media Körpü” layihələrinə 2021-ci ildən etibarən Fond tərəfindən maliyyə dəstəyi göstərilir. Region üzrə həyata keçirilən media qurumlarının inkişafı, Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətli layihələrə günbəgün yenisi əlavə edilir.

Oxşar Xəbərlər