Azərbaycan Gürcüstandan siqaret idxalını 65% azaldıb

Okt29,2020
Azərbaycan Gürcüstandan siqaret idxalını 65% azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 513 914 qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları tədarük edib.

QİA.AZ xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə və yaxud 65% azdır.

9 aylıq idxalın ümumi dəyəri 12,4 milyon ABŞ dolları təşkil edib.

Oxşar Xəbərlər