Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Okt29,2020
Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 12,4 milyon ABŞ dolları dəyərində 250,3 min ton sement ixrac olunub.

QİA.AZ xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 21,6% azdır.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan 9 milyon ABŞ dolları dəyərində 20,4 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da idxal edib. Bu isə illik müqayisədə 21,5% azdır.

Son 1 ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi gips, anhidrit və gipsli bağlayıcıların həcmi isə 2,5% azalaraq 83,1 min ton təşkil edib.

Oxşar Xəbərlər