Azərbaycan İranın ixracında üç əsas ölkələrdən biridir

Yan25,2021

İranın Ərdəbil vilayətinin Bileh Savar sərhəd keçid məntəqsində 2020-ci ilin mart- dekabr ayları ərzində ixrac edilən məhsulların həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30 % artaraq 136 milyon ABŞ dolları təşkil edib.

“QİA.AZ” bu barədə İran KİV-lərinə istinadən xəbər verir ki, İranın əsas ixrac etdiyi məhsullar kartof, şüşə, keramika məhsulları, plastik məhsullardır.

Rusiya, Gürcüstan və Azərbaycan bu sərhəd keçid məntəqəsindən əsas ixrac edilən ölkələr olub.

Bileh Savar Azərbaycanla sərhəd olan keçid məntəqəsidir, vilayətin yeganə sərhəd terminalıdır.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın İrana ixracı 2019-cu illə müqayisədə 6,2 dəfədən çox azalaraq 1 milyon 349 min ABŞ dolları təşkil edib, idxalı isə dəfədən çox azalaraq24 milyon 052 min ABŞ dolları təşkil edib.

Oxşar Xəbərlər