“Premium Bank”ın xalis mənfəəti 2 dəfədən çox azalıb

Yan25,2021

“Premium Bank” ASC 2020-ci ili 3,964 milyon manat xalis mənfəətlə başa vurub.

“QİA.AZ”Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,2 dəfə azdır.

Ötən il “Premium Bank”ın gəlirləri 48,832 milyon maant (əvvəlki illə müqayisədə 17,8% az), xərcləri 46,246 milyon manat (0,4% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,828 milyon manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,45 milyon manat (38% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Premium Bank”ın aktivləri 653,299 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,7% çoxdur. Bunun 564,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 0,4% böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 8,1% azalaraq 472,793 milyon manata, o cümlədən depozit portfeli 8,4% azalaraq 431,118 milyon manata düşüb, balans kapitalı 41,1% artaraq 180,506 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 47,8% artaraq 154,601 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

Oxşar Xəbərlər