Azərbaycan Kuboku: Bu gün paytaxtda daha iki oyun keçiriləcək

Fev2,2021

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. “QİA.AZ”ın məlumatına görə, hər iki görüş Bakıda təşkil olunacaq.

Əvvəlcə “ASK Arena”da “Keşlə” və I Divizion təmsilçisi “Kəpəz” üz-üzə gələcək. Paytaxt komandası mübarizəyə birbaşa qoşulubsa, Gəncə klubu əvvəlki mərhələdə “Sabah”ı mübarizədən kənarlaşdırıb – 2:1.Bakı və Gəncə komandaları arasında indiyədək 5 oyun keçirilib. Görüşlərdən 4-də “Keşlə” qələbə qazanıb, 1-i heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də “Kəpəz”in əleyhinədir – 3:10. Üç dəfə yolları kəsişən komandaların bütün duellərində “Keşlə” mərhələ adlayıb. “Kəpəz” 5 oyunun heç-birində qələbə qazanmayıb.Günün son oyununda “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edəcək. Bu komanda əvvəllər 4 dəfə qarşılaşıb və hərəyə 2 qələbə qazanıb. Lakin topların nisbəti flaqmanın xeyrinədir – 6:3.Paytaxt klubları iki dueldə üst-üstə 4 matç keçirib. Rəqiblər hərəyə 2 qələbə qazansa da, “Neftçi” iki dəfə mərhələ adlayıb.Cavab görüşləri fevralın 7-də keçiriləcək.Azərbaycan Kuboku1/4 final, ilk oyunlar2 fevral (çərşənbə axşamı)16:00. “Keşlə” – “Kəpəz”Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf AllahverdiyevHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Erkin Hüseynov“ASK Arena”18:00. “Neftçi” – “Zirə”Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar HəsənliHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Kərim Ağayev“Bakcell Arena”Qeyd edək ki, ilk 2 oyunda “Səbail” səfərdə “Sumqayıt”ı 1:0, “Qarabağ” evdə “Qəbələ”ni 3:1 hesabı ilə yenib.

Oxşar Xəbərlər