AVRO-2022: Bu gün millimiz Yunanıstanın qonağı olacaq

Fev2,2021

Bu gün futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək.

“QİA.AZ”ın məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.Afinadakı Daiss İdman Sarayında oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.Yığmanın heyətində zədəli olan Amir Şojaei və Hadi Ahmadi oyunu buraxacaqlar. Onların əvəzinə Yunanıstan paytaxtına Oktay Rüstəmli aparılıb.Qrupun digər qarşılaşmasında Slovakiya seçməsi Moldovanı qəbul edəcək.Avropa çempionatıSeçmə mərhələ, 3-cü qrup20:00. Yunanıstan – Azərbaycan

Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland)Afina, “Daiss” İdman Sarayı.Xal durumu: Azərbaycan – 3, Moldova – 3, Yunanıstan – 0, Slovakiya – 0.Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub – 1:3. Hazırda Moldova ilə eyni xala (3) malik yığma top fərqinə görə birinci pillədə qərarlaşıb.

Oxşar Xəbərlər